Xəbər Lenti
14-06-2026, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
14-06-2026, 11:59
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
ABŞ Yaxın Şərqlə bağlı qərar verdi

ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə hərbçilər göndərir.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Onun sözlərinə görə, buna səbəb Yaxın Şərq regionunda gərginliyin artmasıdır. Lakin yerləşdirilən qüvvələrin dəqiq sayı açıqlanmayıb.
“Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki qüvvələrimizi gücləndirmək üçün əlavə hərbi kontingent göndəririk. Əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, şərh vermirik və konkret təfərrüatları açıqlamırıq”, - Rayder deyib.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan hərbi toqquşmalar davam edir.






















































