Menu
Xəbər Lenti
Sağlamlığın sarı sirri...
23-10-2025, 06:18

Sağlamlığın sarı sirri...

Laçına qar yağır
21-10-2025, 08:54

Laçına qar yağır

Mərakeşdən tarixi uğur
20-10-2025, 08:54

Mərakeşdən tarixi uğur

09 Ekm 07:24Manşet / İdman

Onlar Türkiyə millisindən çıxarıldı

onlar-turkiye-millisinden-cixarildi

Millətlər Liqasında Monteneqro və İslandiya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Yarımmüdafiəçi İsmail Yüksek (“Fənərbaxça”) ilə qapıçı Mert Günok (“Beşiktaş”) heyətdən çıxarılıb. Onlardan yalnız Mertin əvəzinə “Eyüpspor”un qapıçısı Berke Özer yığmaya çağırılıb.

TFF-nin verdiyi açıqlamaya görə, hər iki oyunçunun zədəsinin qarşılaşmalara kimi tam sağalmayacağı müəyyən olunub. Bu səbəbdən də futbolçular millidən çıxarılıb və müalicələri klublarında davam etdiriləcək.

Qeyd edək ki, Türkiyə oktyabrın 11-də Monteneqro ilə, 3 gün sonra isə İslandiya ilə üz-üzə gələcək.