“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” - Kamaləddin Qafarov
Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
Şəkidə 2 nəfəri maşın vurub öldürdü
Şəkidə yol qəzasında xəsarət alan kişi 4 gün sonra ölüb.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 8-i saat 14 radələrində “Marxal Resort Spa” hotelində qrup rəhbəri işləyən 1996-cı il təvəllüdlü Afiq Hüseynov maşınla Kiş kəndi istiqamətində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarətlər alan Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Camal Xalıqov xəstəxanaya yerləşdirilib. Lakin o, bu gün saat 02:30-da xəstəxanada ölüb.
Oxşar hadisə dünən saat 22 radələrində Şəkinin Qoxmuq kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Salamzadə Ülvi Adil oğlu idarə etdiyi maşınla Şəki-Qax-Zaqatala avtomobil yolunun Qoxmuqdan keçən hissəsində yolu keçmək istəyən 2009-cu il təvəllüdlü Abdurahmanlı Asim Azər oğlunu vurub. O, Mingəçevir Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktlarla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb.