Menu
Xəbər Lenti
Zelenski Almaniyadadır
6-09-2024, 10:22

Zelenski Almaniyadadır

Məmurlar səsvermədə
1-09-2024, 12:27

Məmurlar səsvermədə

23 Tem 13:41Gündəm / Kriminal

Ata uşaqlarını bıçaqlayandan sonra intihar etdi - Yenilənib

ata-usaqlarini-bicaqlayandan-sonra-intihar-etdi

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Ə. Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu T. Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Ə. Əyyubov hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı T. Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

***

1 nəfərin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 İyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 23-ü saat 01:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub:

 “Hadisə yerinə  təcili tibbi yardım briqadası cəlb olunub. Nəticədə 3 nəfər xəsarət alıb. 2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 

Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir.

Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.  

Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35 radələrində ölüm faktı qeydə alınıb”.