Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

17 Nis 09:01Manşet / Dünya

İsrail atəşkəsi pozdu

israil-ateskesi-pozdu

İsrail 10 günlük müvəqqəti atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Livanın cənubunda yerləşən əl-Hiyam və Dibbin şəhərlərinə hava zərbələri endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NNA məlumat yayıb.

Bildirilib ki, hücumlar atəşkəsin Beyrut və Təl-Əviv vaxtı ilə gecə yarısından qüvvəyə minməsindən sonra da davam edib.

Agentlik yazır ki, atəşkəsin tətbiq olunmasından dərhal sonra İsrail əl-Hiyam və Dibbin şəhərlərini bombalamağı davam etdirib.

Qeyd olunub ki, Rəşəya şəhəri və Cəbəl əş-Şeyx (Hermon) dağının qərb yamaclarında intensiv pilotsuz uçuş aparatlarının fəaliyyəti müşahidə edilir.

Hücumların nəticələri ilə bağlı – mülki itkilər və ya maddi ziyan barədə hələlik rəsmi açıqlama verilməyib. İsrail tərəfi də baş verənlərlə bağlı hələ mövqe bildirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl tərəflərin 10 günlük atəşkəsə razılaşdıqlarını açıqlamışdı.

İsrailin Baş naziri Benyamin Netanyahu isə atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubundakı işğal olunmuş ərazilərdə qalmağa davam edəcəklərini bəyan etmişdi.