Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

21 Nis 08:03Manşet / Gündəm / Dünya

Orbanın verdiyi sözü yerə saldı

 

Macarıstanda keçirilən son parlament seçkilərində qalib gələn “Tisza” partiyasının lideri Peter Madyar İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı diqqətçəkən açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, Madyar bildirib ki, ölkəsi Beynəlxalq Cinayət Məhkəməsininnin üzvü olaraq qalarsa, Netanyahu Macarıstan ərazisinə daxil olduğu təqdirdə həbs edilməlidir.

“Əgər bir şəxs BCM tərəfindən axtarılırsa və üzv ölkənin ərazisinə daxil olursa, həmin şəxs saxlanılmalıdır”, - o deyib.

Yeni hökumətin prioritetlərindən birinin Macarıstanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxma prosesini dayandırmaq olduğunu deyən Madyar bu qərarın 2 iyunadək reallaşdırılmasının planlaşdırıldığını vurğulayıb.

Qeyd edək ki, BCM 2024-cü ilin noyabrında Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə Netanyahu barəsində həbs qərarı çıxarıb.

Bundan əvvəl isə Macarıstanın hazırkı Baş naziri Viktor Orban Netanyahuya dəstək nümayiş etdirərək, onu Budapeştə dəvət etmiş və səfəri zamanı həbs olunmayacağına təminat vermişdi.