Xəbər Lenti
23-06-2026, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
23-06-2026, 10:00
Vətənpərvər iş adamı Üzeyir İsmayılov – dövlətə sədaqətin və xeyirxahlığın nümunəsi
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış - Ölən və yaralananlar var

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda 2-si uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayış zaman obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, hadisə stansiyanın anbarında yaranan sıxlıq səbəbindən baş verib.
Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.























































