Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

14 Ekm 07:29Manşet / İdman

Qızlarımızdan möhtəşəm nəticə - “Azərreyl” çempion!

qizlarimizdan-mohtesem-netice

“Azərreyl” klubunun qadınlardan ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda çempion olub.

“Qafqazinfo” xəbər verir ki, komanda həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

İki oyundan birində “Azərreyl” (2:1) digərində isə rəqib (0:2) qalib gəlib. Qızıl setdə gərgin mübarizədən sonra 15:12 hesabı ilə üstün olan təmsilçimiz yarışın qalibi adını qazanıb.

Qeyd edək ki, millimiz yarımfinalda Macarıstanın “Edra Tata” komandasına qalib gələrək final mərhələsinə vəsiqə qazanmışdı.