Menu
Xəbər Lenti
Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

Ceki Çan qara kəmər aldı
30-05-2025, 06:12

Ceki Çan qara kəmər aldı

Xəzərdə yeni ada yaranıb
30-05-2025, 06:00

Xəzərdə yeni ada yaranıb

Yaşıd başdaşları...
28-05-2025, 17:40

Yaşıd başdaşları...

19 Ekm 08:12Manşet / Cəmiyyət

İnstaqramda artıq bunu edə bilməyəcəksiniz

 

İnstaqram sosial şəbəkəsi istifadəçilər üçün bir sıra yeniliklər həyata keçirib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yeniliklərdən biri hekayələrdə paylaşılan məzmunun ekran görüntülərinin çəkilməsinə (skrinşot etmək) mane olan xüsusiyyətdir.

Bu yeniləmə istifadəçilərin məxfiliyini yaxşılaşdırır, xüsusən də itirilmiş hekayələrin daimi təhlükəyə məruz qalmasının qarşısını alır.

Bundan başqa, instaqram şübhəli hesabların istifadəçilərin izləyici siyahılarına daxil olmasını bloklayaraq, fırıldaqçıların öz qurbanlarına çatma şansını azaldacaq.

Növbəti yenilik isə məkanla bağlıdır. Belə ki, cinsi şantaj fırıldaqçılarına qarşı tədbir olaraq istifadəçilərə geolokasiya xəbərdarlığı təqdim ediləcək. Bu xəbərdarlıqların məqsədi istifadəçilərin söhbət etdiyi insanların başqa ölkədən olub-olmadığını göstərməklə tələyə düşmə riskini azaltmaqdır.

Daha bir yenilik isə ondan ibarətdir ki, mesajlarda birbaşa göndərilən çılpaqlığı ehtiva edən şəkilləri avtomatik olaraq bulanıqlaşdırılacaq. Həmçinin istifadəçilərə şəxsi fotoşəkilləri göndərərkən qarşılaşa biləcəkləri risklər barədə xəbərdarlıq ediləcək.

İnstaqramın yenilikləri arasında 18 yaşdan kiçik istifadəçiləri qorumaq üçün hazırlanmış “Gənc Hesabları” qüvvəyə minib. Gənc istifadəçilərə göndərilən şəxsi mesajlardakı çılpaq şəkillər avtomatik olaraq bulanıqlaşacaq və bu funksiya defolt olaraq aktivləşdiriləcək.