25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
“Fətullah Gülən vətənsiz öldü” - Türkiyə MN-dən bəyanat
Türkiyə Milli Müdafiə Nazirliyi FETÖ başçısı Fətullah Gülənin ölümü ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən bəyanat nazirliyin”X” hesabında paylaşılıb.
“Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və istiqbalına qəsd edən, dövlətimizə və qəhrəman ordumuza böyük zərər verən FETÖ başçısı ölüb. Bu xainin “vətənsiz” ölməsi və əbədi olaraq belə xatırlanacaq olması, bu təşkilatdan zərər çəkən vətəndaşlarımızın ağrılarını azalda bilməsə də, vətəninə xəyanət edənlərin qaçılmaz sonunu göstərməsi baxımından ibrətamizdir”, - deyə paylaşımda vurğulanıb.
Qurumdan bildirilib ki, bu təşkilatın əsiri olaraq vətəninə xəyanət edənlər bundan ibrət götürməlidirlər:
“Başda FETÖ olmaqla, bütün dəyərləri istismar edərək xalqımıza və ölkəmizə xəyanət edən bütün terror təşkilatları ilə mübarizəmiz kökləri tamamilə qazılana qədər əzm və qətiyyətlə davam edəcək”, - deyə bəyanatda qeyd olunub.
