Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
“Biz ayın sonunu gözləmədən pensiyaları ödəyirik”

“Bu gün biz bütün pensiyaları avansla ödəyirik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
Pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verən nazir qeyd edib ki, həmin ayın pensiyası ayın sonunda ödənilməlidir: “Sadəcə Azərbaycan hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz ayın sonunu gözləmədən pensiyaları ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq da ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir.
Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Hər halda vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”.
Gülnar Əliyeva




















































