Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Aktürkoğlu hər iki ayın yaxşısı seçildi
Türkiyə millisinin və “Benfika”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edərək son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Kerem Aktürkoğlunun bazar dəyəri 18 milyon avrodur. Onun “Benfika” ilə müqaviləsi 2029-cu ilə qədərdir.