Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Levandovski Ronaldo və Messiyə çatdı
“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında qol sayını 100-ə çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, polşalı forvard buna 5-ci turunun “Brest”lə oyununda penaltini dəqiq yerinə yetirərək nail olub.
Bununla da o, ÇL-də 100 qol həddinə çatan 3-cü futbolçu olub.
Əvvəllər bu göstəriciyə yalnız Kriştiano Ronaldo (140) və Lionel Messi (129) nail idi.
36 yaşlı futbolçu 100 qolu 125 matçda vurub.