Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Böyük arzuların izində addımlayan balaca istedad – Sevinc İsifova
2014-cü ildə anadan olan Sevinc İsifova kiçik yaşlarından musiqiyə olan sevgisi və səhnə bacarığı ilə diqqəti cəlb edir. O, indiyədək bir sıra dövlət tədbirlərində və konsert proqramlarında çıxış edərək öz istedadını nümayiş etdirmiş, tamaşaçıların rəğbətini qazanmışdır.
Sevinc İsifovanın ən böyük arzusu gələcəkdə Azərbaycanın Prezident mükafatçısı və Xalq artisti fəxri adına layiq görüləcək sənətkar olmaqdır. O, bu məqsədə çatmaq üçün daim öz üzərində çalışır, səhnə mədəniyyətini və ifaçılıq bacarığını inkişaf etdirməyə xüsusi önəm verir.
Bu yaxınlarda Sevinc İsifovanın Azərbaycan Prezidenti cənab İlham Əliyevin qızı, Arzu Əliyeva və gəlini Alyona Əliyeva ilə görüşü baş tutmuşdur. Bu görüş gənc ifaçı üçün xoş xatirə olmaqla yanaşı, gələcək sənət yolunda ona əlavə stimul və mənəvi dəstək vermişdir.
İstedad, zəhmət və əzmkarlıq Sevinc İsifovanın gələcəyə inamla addımlamasına əsas yaradır. Ona gələcək yaradıcılıq fəaliyyətində yeni uğurlar, böyük səhnələr və arzularına çatmaq yolunda davamlı nailiyyətlər arzulayırıq.
Fərid Faiqoğlu
Xezertv.info






















































