Menu
Xəbər Lenti
33 il tədavüldə...
Bugün, 10:01

33 il tədavüldə...

Bu rayonlara leysan yağıb
13-08-2025, 09:16

Bu rayonlara leysan yağıb

Ankarada da zəlzələ oldu
11-08-2025, 09:58

Ankarada da zəlzələ oldu

Bu rayonlara leysan yağır
11-08-2025, 09:33

Bu rayonlara leysan yağır

27 Kas 05:53Manşet / Dünya

Putin illər əvvəl sevimli pivəsinə görə sammitə gecikib

putin-iller-evvel-sevimli-pivesine-gore-sammite-gecikib

Rusiya Prezidenti Vladimir Putin 2007-ci ildə Almaniyada keçirilən “Səkkizlər Qrupu”nun (red. - 2014-cü ildən sonra G7) sammitinə sevimli alman pivəsinə görə gecikib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində danışıb.

“Operatorlar canlı söhbətimiz zamanı bizi lentə ala bildiklərinə görə çox sevindilər. Yalnız bir nəfər yox idi: Vladimir Putin. Dözə bilmədiyim şeylərdən biri gecikməkdir. Zahirən sakitliyimi ifadə edərək başqaları ilə danışmağa davam etdim”, - Merkel xatırlayır.

Onun sözlərinə görə, görüşdən əvvəl Putin xoşladığı pivəsindən bir qutu otağına çatdırılmasını istəyib. Keçmiş kansler Putinin təxminən 45 dəqiqə gecikdiyini deyib.

Rusiya lideri “günah”ın pivədə olduğunu bildirib. 

Qeyd edək ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb.