Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
18-03-2026, 08:08
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
16-03-2026, 11:44
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Ermənistan Azərbaycanla danışıqlarla bağlı sızmaları etiraf etdi - Deputat edirmiş

Ermənistan parlamentinin spikeri Alen Simonyan deputat Ovik Aqazaryanın davranışı ilə bağlı narahatlığını ifadə edib.
Qaynarinfo news.am-a istinadla xəbər verir ki, Simonyan jurnalistlərlə söhbətində bildirib ki, baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan danışıqları ilə bağlı təfərrüatları bölüşəndən sonra bəzi məlumatlar sızdırılırmış.
"Baş nazir gəlib bizə İlham Əliyevlə görüşün təfərrüatlarını danışır, dövlət sirri olan məlumatları bölüşür, o isə bütün bunları açıqlayır. Bu, normaldırmı?" deyə Simonyan qeyd edib.
Parlament spikeri vurğulayıb ki, artıq bir ildən çoxdur sızmaların mənbəyini tapmağa çalışırdılar.
"Əgər bu, partiya məsələləri ilə bağlı olsaydı, bəlkə də göz yummaq olardı. Amma söhbət Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlərdən gedirsə, bu, belə davam etməlidir?" deyə spiker bildirib.
Simonyan əlavə edib ki, Azərbaycanla danışıqlar zamanı onlar tərəfdən sızmalar razılaşmaların pozulmasına səbəb olub:
"Bir müddət əvvəl danışıqlar pozulurdu, münasibətlər gərginləşirdi, çünki biz, şərti desək, razılaşmaları pozurduq, yüksək səslə bəzi məsələləri deyirdik, sızmalar həyata keçirirdik".

Ovik Aqazaryan
Parlament spikeri deputat Ovik Aqazaryanın telefonundakı məlumatların araşdırılmasını təklif edib:
"Əgər Ovik Aqazaryan utanmırsa, onda qoy öz telefonundakı məlumatları açıqlasın".
Simonyan onu da əlavə edib ki, Aqazaryanın mandatdan imtina etməsi belə nəticələrdən qaçmaq üçün kifayət deyil:
"Bu məsələlər bir-biri ilə bağlı deyil. Mandat xilas etmir".
Aydın























































