Xəbər Lenti
Bugün, 08:18
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
31-01-2026, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
31-01-2026, 09:27
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
30-01-2026, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Qısamüddətli əmək müqaviləsi: Qanun nə deyir və ya işçinin hüquqları pozulurmu?

Son vaxtlar bir çox şirkətlərdə, özəl müəssisələrdə işə götürülən zaman əməkdaşlarla əmək müqaviləsi 3 aylıq bağlanılır. Müddət başa çatandan sonra onlarla yenidən müqavilə imzalanır. Bu isə işçiləri narahat edən əsas məsələlərdən biridir. İşçi işlədiyi müddətdə ancaq 3 aydan sonra işsiz qala biləcəyi haqqında düşünür.
Bəs, bu əmək müqaviləsində necə tənzimlənir?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Qaynarinfo-ya açıqlamasında bunun mümkün hal olduğunu bildirib:

"Qanunvericilikdə belə bir şey yoxdur, iki, hətta 3 ay da müqavilə bağlana bilər. Amma gərək qarşılıqlı razılaşma olsun. İşçi məcbur qalır və belə şərtlə razılaşır. Əslində, belə olmamlıdır. Qanunda deyilir ki, işin müddəti davamlı olduğu halda müqavilə müddətsiz bağlanmalıdır. İkinci bir bənddə isə deyilir ki, tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər. Rəhbərlər də işçi ilə müqaviləni necə istəyir elə bağlayır. Çox güman ki, işçi müdirin xoşuna gəlmir, ona görə çıxardır işdən. Müdirlər müqaviləni qısa müddətli bağlamaqla işçiləri özündən asılı vəziyyətdə saxlayırlar. İşçini iş vaxtından çox işlədirlər, onlarda razılaşmayanda növbəti dəfə müqaviləni uzatmırlar".
Vəkil Əkrəm Həsənov isə məsələnin hüquqi tərəflərini belə şərh edib:

"Təəssüf ki, əmək müqaviləsinin müddəti bir ay da müəyyən oluna bilər. Bu da Əmək Məcəlləsində olan imkanla bağlıdır. Məcəllədə yazılıb ki, tərəflərin razılığı ilə əmək müqaviləsi istəlinən müddətə bağlanıla bilər. Qanuna görə müqavilə müddətsiz də bağlana bilər. Əslində işçinin 3 aydan bir müqaviləsinin yenilənməsi məntiqsiz bir normadır".
Əkrəm Həsənovun sözlərinə görə, bu işçilərin hüquqlarını pozan normadır:
"Əksər şirkətlərdə müqavilə belə qısa müddətli bağlanılır ki, sabah işçi müdirin xoşuna gəlməyəndə istəlinən halda onu kənarlaşdıra bilsin. Özü də açıq deyirlər ki, "səninlə müqaviləni uzatmıram, səndən xoşum gəlmir".
Bahar Rüstəmli
























































