“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında "Axirətdən gələn səs" adlı dram tamaşası təqdim edildi
Əziz və hörmətli oxucularımız 3 dekabr 2024-cü ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycanın qəhrəmanlıq salnaməsində Zəfər zirvəsi olan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan, Şəhid mayor Vüsal Vəliyevin xatirəsinə ehtiramla Adilə Nəzərin “Axirətdən gələn səs” qəhrəmanlıq dramı əsasında İftixarın “Səs” adlı rejissor tamaşasının premyerasını təqdim etdi.
Avanqard üslubda, qeyri-səlis təbəddülatla nümayiş olunan səhnə əsəri Qarabağ müharibəsində şücaət göstərən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ərazi bütövlüyümüz yolunda canlarını fəda edən şəhidlərimizin mübarizə amallarını təcəssüm etdirir.
Tamaşanın quruluşçu rejissoru, bədii və musiqi tərtibatının, rəqslərin quruluşçusu Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.
“Səs” 44 günlük Vətən müharibəsi mövzusunda tamaşaya qoyulan ilk əsərdir. Əsərdə baş qahrəmanla yanaşı Milli Qəhrəman general Polad Həşimov, Mübariz İbrahimov və digər qəhrəmanlarımız da ümumiləşdirilmiş Komandir obrazında yad edilir.
"Qanunyolutv.az" xəbər verir ki, premyerada ölkənin tanınmış simaları, Şəhid ailələri, qazilər, Millət vəkilləri, ədəbiyyatşünas - alimlər, sənətşünaslar, televiziya, qəzet, sayt nümayəndələri, eləcədə QHT rəhbərləri və Şəhid sevərlər iştirak etdi. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.
Rollarda: Səmayə Nəbiyeva (Səmayə ana), Əməkdar artist Esmiralda Şahbazova (Vüsalın anası Mədinə ), Niyaməddin Səfərəliyev (Vüsalın atası İslam), Samir Əliyev (Vüsal), Sevinc Bəxtiyar (Vüsalın bacısı Ülkər), Anar Həşimov (Vüsalın qardaşı Elyar), Pərvin Dadaşova (Vüsalın nişanlısı İnci), Natiq Həziyev (general Polad Həşimov, Mübariz İbrahimov, Xudayar Yusifzadə), Naibə Nemətova (Afaq), Xədicə Məmmədova (snayper), Güney Əliyeva (şəfqət bacısı) və başqaları.
Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri olub. Murovdağdan başlanan döyüş yolu Şuşanın azadlığınadək davam edib. Mayor Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən Şuşanın azad edilməsi zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Hərbi hissə qarşısında qoyulmuş bütün tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, döyüşdə şücaət və igidlik göstərdiyi üçün Şəhid mayor Vüsal Vəliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamıyla “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Xatırladaq ki, Şəhid mayor Vüsal Vəliyev nişanlı idi.
P.S. Məndə "Qanunyolutv.az" sayıtının rəhbəri olaraq kollektivimiz adından teatrın ərsiyyə gəlməsində əziyyəti olan rəhbərliyə və tamaşada fədakarlıqla rol oynayan hər bir aktyor və aktirisalara dərin təşəkkürümü bildirir, onların hər birinə səhnələrdə daima uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!
ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZİN MƏKANLARINI CƏNNƏT, MƏQAMLARINI ALİ ELƏSİN!