Menu
Xəbər Lenti
Təbrik Məktubu
26-04-2026, 15:16

Təbrik Məktubu

İmtahan günüdür
26-04-2026, 10:22

İmtahan günüdür

“Azeri Light” bahalaşdı
25-04-2026, 10:18

“Azeri Light” bahalaşdı

Arda Turan cəzalandırıldı
24-04-2026, 07:49

Arda Turan cəzalandırıldı

12 Ara 06:07Manşet / Dünya

Braziliya prezidenti yenidən əməliyyat olunacaq

braziliya-prezidenti-yeniden-emeliyyat-olunacaq

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva növbəti dəfə beyin qanaması ehtimalının qarşısını almaq üçün yenidən əməliyyat keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri məlumat yayıb.

Bildirilib ki, əməliyyat cümə axşamı baş tutacaq. Bu prosedur zamanı həkimlər beynin müəyyən bir bölgəsində qan axınının qarşısını almağı planlaşdırırlar ki, bu da təkrar qanaxmanın qarşısını alır. 

Xatırladaq ki, oktyabrın 19-da Lula da Silva öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə almışdı. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxmışdı. Bu zaman həkimlər daxili qanaxma riski barədə xəbərdarlıq da etmişdilər. Silva aldığı bu zədə səbəbindən noyabrda Bakıda baş tutan COP29 iqlim sammitində iştirak edə bilməmişdi.