Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Braziliya prezidenti yenidən əməliyyat olunacaq

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva növbəti dəfə beyin qanaması ehtimalının qarşısını almaq üçün yenidən əməliyyat keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Folha de S.Paulo” nəşri məlumat yayıb.
Bildirilib ki, əməliyyat cümə axşamı baş tutacaq. Bu prosedur zamanı həkimlər beynin müəyyən bir bölgəsində qan axınının qarşısını almağı planlaşdırırlar ki, bu da təkrar qanaxmanın qarşısını alır.
Xatırladaq ki, oktyabrın 19-da Lula da Silva öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə almışdı. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxmışdı. Bu zaman həkimlər daxili qanaxma riski barədə xəbərdarlıq da etmişdilər. Silva aldığı bu zədə səbəbindən noyabrda Bakıda baş tutan COP29 iqlim sammitində iştirak edə bilməmişdi.





















































