Menu
Xəbər Lenti
Evində yıxılıb öldü
19-08-2025, 11:26

Evində yıxılıb öldü

Zelenski Vaşinqtondadır
18-08-2025, 09:39

Zelenski Vaşinqtondadır

33 il tədavüldə...
15-08-2025, 10:01

33 il tədavüldə...

20 Ara 07:27Manşet / Cəmiyyət

Bəzi ərazilərdə yağış yağıb

bezi-erazilerde-yagis-yagib

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub.

Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.