Xəbər Lenti
30-11-2025, 14:50
Şəhid Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib
29-11-2025, 09:07
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Bill Klinton xəstəxanaya yerləşdirildi

ABŞ-nin keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC televiziyasına keçmiş dövlət başçısının köməkçisi bildirib.
Məlumata görə, o, yüksək hərarətə görə Vaşinqtondakı xəstəxanaya aparılıb və hazırda orada müayinə olunur.
Qeyd edək ki, Bill Klinton ABŞ-nin 42-ci prezidenti olub və 1993-2001-ci illərdə ölkəyə rəhbərlik edib. O, Respublikaçılar Partiyasından olan namizəd Corc Buşu (ata) üstələmişdi.
Klinton 2001-ci ildə postunu tərk etdikdən sonra səhhətində bir sıra problemlər yaranıb. 2010-cu ildə sabiq dövlət başçısı ürəyində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib.























































