Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov: Azərbaycan Polisi, Avropa Polisinə Nümunədir! – FOTO+VİDEO
Vətəninə və dövlətinə sadiq xanım,məsuliyyət nümunəsi Könül Nəbizadə növbəti dəfə təftif edilib
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi 22.12.2024 ilin yekun tədbirini keçirib.
"Gürcüstan hakimiyyətinin Azərbaycan təcrübəsini öyrənməsində fayda var" - Ekspert
“Atasının oğlu”
...O həm də, Azərbycanı müstəqilliyə çatdıran, vətənin böyük Azərbaycanlısı,ulu lider Heydər Əliyevin oğludu...
Onun ən böyük üstünlüyü, bu cür böyük xoşbəxtliyi onu qəzəbləndirə biləcək həddə qədər adamların az olmasıdır (ən böyük misal isə müharibə dövründə qərəzlə verilən suallara göstərilən reaksiyallar...) onu sevdirən ən gözəl xüsusiyyəti. O böyükdü dünya üçün.
Azərbaycandan böyük deyil, dünyaya bəs edəcək biliyi, istedadı, bacarığı olsa da!..
O, sonsuz dərəcədə sevdiyi Azərbaycanda özünü dünyanın böyüklərinə etiraf etdirdi. İndi dünyanın böyüklərinin yolu tez-tez Azərbaycandan düşür.
O, səsini dünyaya yaydı-Azərbaycan!
O səs Azərbaycan boyda böyükdü, dünyaya sübut etdi ki, Azərbaycan böyükdür ki, onun da böyük səsi, sözü var. Onu və dünyanı eyniləşdirən, bir nöqtəyə gətirən də elə budu!
Və... Onu dəyərləndirən ən şirin uğuru onun taleyində idi. (8 noyabr 2020!)
“Mən fəxr edirəm ki, H.Əliyevin oğluyam deyəcək qədər qürurlu, fəxarətli, həm də “Ata mən sənin vəsiyyətini yerinə yetirdim, Şuşa azaddır!, Qarabağ Azərbaycandır!” deyəcək qədər dəyanətli, cəsarətli, üzüağ!
O, həm də o sadələrdəndi, etirafı üçün can atmır, əslində isə böyük həqiqət göz qabağında, neçə-neçə onilliklərdən sonra, qələbə təsnəsi ilə yanan böyük xalqı olduğu ucalığa qaytardı. O, həm də, Cəsarətin və Kişiliyin trumolasıdı!!!
Çünki İlham Əliyevin etdiyini heç kim etmək qüdrətində deyil indi!
O, öz 60-na ən böyük hədiyyəni elə özü etdi!
Əslində Ali Baş komandandan heç kəs yazmır, Yazan Odu! Əslində 60 yaşı tamam olmuş prezidentin haqqında hələ heç nə deməmişik. Allahın köməkliyi ilə iki ildən sonra altmışdan da gözəl yaş dönəmi gəlir, –Peyğəmbərlik yaşı-62!
Mən prezidentimə bir az fərqli tərəfdən arzularımı çatdırmaq istəyirəm, tanrının izni ilə iki ildən sonra 62-ni, peyğəmbərlik yaşınızı qeyd edək, əziz prezidentimiz !!!
Çünki biz bilirik, bütün dünya bilir İ.Əliyev bu vətəni niyə və necə təmənnasiz sevir! Bu gün bu sətirlərdə İ.Əliyevin Vətən sevgisnə yazılır! İ.Əliyev bu vətənə sevgisi olana hər cür yardım edir. Vətən sevgisinə dırnaqarası olanlara isə öz yerlərini, hədlərini göstərəcək qədər qətiyytli və qəzəblidi! Biz şahidik ki, yad millətlərin nümmayəndələrinə “Azərbayçan” sözünü ürəkdən və hörmətlə söyləmələri üçün bu şəraiti cənab Ali Baş Komandan yaradırdı!
Biz şahidik ki, Qarabağ uğrunda vuruşan qəhrəman qazilərə İ.Əliyev bu gün hansı atalıq, qardaşlıq qayğısı göstərir. Biz şahidik ki, Qarabağ şəhidlərinin ailələrinə necə canı dildən, yanğı ilə, sevgi ilə yanaşır! Hansı sahəni sayım, hansı sahədən danışım, bu mənim yazıma sığmayacaq sadalamalardı.
Və, biiz şahidik ki, İ.Əəliyevin etdikləriinin qarşılığında bir təmənnası var; bu Vətəni sevin, bu Vətən uğrunda pərvəris edin, Vətən üçün çalışın,Vətən üçün vuruşun... istəyidi.
Və, bu gün 60 yaşııını Azərbaycanın azad olunmuş ərazilrində qeyd edən cənab Ali Baş komandan çox illər əvvəl böyük siyasətçi, böyük azərbaycanlı H.Əliyevə Ataya verdiyi sözün əməli təntənəsini bayram etdi. “Ata mən vediyim sözə əməl etdim, Şuşa azaddı, Qarabağ Azərbaycandı” nı təsdiq etdi! Onun “Vtənə lazımdır”-çağırışlarına qoşularaq atdığı addımlarn, etdiyi yaxşılıqların xaalq əməli nəticəsini illər keçdikcə daha çox hiss etməyə başlayacaq! O, fədakar Azərbayçan oğludu, o unudulmaz döyüşlər əsgəridir, İ.Əliyev dünya azərbaycanlılarının, türk dünyasının fədakar generaldır, İ.Əliyev vətən sevgisinə səfərlər etməyi bacaran sərkərdədir. İ.Əəliyev bir əqidənin sahibi olub, eləcə də qalır. Vətən sevimlidir və vətən seviməlidir! Onun byüklüyü ondadr ki, bu böyük insan bəhanə gəzir millətinə, xalqına yardım etməyə! Onun təmənnasiz xidmətlərinin qürurunu yaşamaq olusu bizərə, ondan öyrənməli çox şey var, lap çox şey...
Allah qoruduğunu qoruyur, Allah onu miilləti, xalqı üçün uduş olaraq göndərib.
Qayıdıram 2020-ci ilin Qarabağ döyüşlərinə, dünyanın gözü Azərbaycana və bu böyük diplomatik siyasətçinin, dövət rəhbərinin ağıllı, istedadlı manevrlərinə, gedişlərinə yönəlmişdi. Dünyanın müxtəlif ölkələrinin mətbuat nümayəndələrinin , öz ölkələrinin açıq-aydın siması olaraq yönəltdiyi münasibəti göydə tutmaq istedadı, onun düşüncəsi inkişafına xidmət edib hər an, bu anda da elə idi. İ.Əliyev cazibədarlığı onunla fərqlənir ki, ahəstə səsi və yumşaq manerası var. Heç vaxt müsahibinin sözünü kəsmir. Bu da nəticə dinləmək qabiliyyəti və dolğun, əhatəli, səlis cavab!
Son: Azərbaycana, ümumilikdə türk dünyasına yan gözlərlə baxmağın nə olduğunu İ.Əliyev göstərə bildi, göynən gələnlrin hərəsi ilə öz dilində anlaşdı, danışdı, istər ingilis, istər fransız...
İ.Əliyev böyük dünya siyasətinin sabahına olan nümunədir...
Nizami Cəfərov
Akademik, “Atatürk Mərkəzi”nin rəhbəri,