Menu
Xəbər Lenti
Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

27 Ara 05:09Manşet / Dünya

Hədəfi 4 saniyəyə vura bilir - “PANTSIR-S”in özəllikləri

hedefi-4-saniyeye-vura-bilir-pantsir-sin-ozellikleri

Xəbər verdiyimiz kimi, bir sıra aparıcı beynəlxalq KİV-də AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın “PANTSIR-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” sözügedən HHM-in əsas özəlliklərini təqdim edir:

“PANTSIR-S” raket sistemi özüyeriyən, orta mənzilli yer-hava raket və zenit-raket kompleksidir.

Bu, döyüş təyyarələri, helikopterlər və PUA hücumlarından qorunmaq üçün nəzərdə tutulan HHM-dir. Raket sisteminin su üzərindəki və hərəkətdə olan hədəfləri (təyyarə, helikopter, PUA) vurmaq potensialı var.

Avtomatik və manual rejimdə işləyə bilir. Raket hədəf koordinatlarını (istənilən mənbədən) aldıqdan sonra 4-6 saniyəyə vura bilir. Atışlar arasındakı interval 1-1,5 saniyə təşkil edir ki, bu da analoq sistemlər üçün dünya rekordudur.

Silahın qəlpə radiusu 200 metrə qədərdir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.

Qəzadan dərhal sonra Rusiya KİV-də hadisənin detalları ilə bağlı fərziyyələr irəli sürülüb. Bunlar arasında təyyarənin quş sürüsü ilə toqquşması ilkin versiya olub. 

Daha sonra, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının dezinformasiya ilə mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko təyyarənin Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğunu iddia edib.

Kremlin mətbuat katibi Dmitri Peskov isə hadisə ilə bağlı belə mövqe sərgiləyib:

“İstintaq yekunlaşmadan Aktau yaxınlığındakı təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün deyil”.

O, qəza ilə bağlı araşdırmanı sonuna qədər gözləməyi tövsiyə edib.