Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:57

Bu gün imtahan var

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

30 Ara 10:09Manşet / Gündəm

Müğənni polisə tabe olmadı, 30 sutkalıq həbs edildi (VİDEO)

Müğənni polisə tabe olmadı, 30 sutkalıq həbs edildi (VİDEO)

Bakıda sürücü maşınını qəsdən digər avtomobillərə vuraraq onlara zərər yetirib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan həmin sürücünün maşınlara çırpılandan sonra hadisə yerindən uzaqlaşdığı da görünür. 
Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reaksiya verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Toğrul Nəsirli bildirib ki, İdarənin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında olan, hərəkət iştirakçılarının həyatına real təhlükə yaradan, "Mercedes” markalı 99-MM-276 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural Abdullayev tabesizlik göstərsə də, görülən tədbirlər nəticəsində saxlanılıb və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, T.Abdullayevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.
Lent.az-ın məlumatına görə, həmin şəxs müğənni Tural Gəncəlidir.