Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Rusiyadan Avropaya qaz böhranı: Ukrayna üzərindən tranzit tamamilə dayandırıldı

1 yanvar 2025-ci il tarixindən etibarən Rusiyadan Avropaya qazın Ukrayna ərazisindən tranziti tamamilə dayandırılıb.
Musavat.com xəbər verir ki, "Qazprom”un yaydığı rəsmi məlumata görə, saat 08:00-dan etibarən qaz nəqli texniki və hüquqi səbəblərə görə mümkün olmayıb.
Məsələyə dair "Qazprom”un açıqlamasında vurğulanır ki, şirkət Ukrayna üzərindən tranzit üçün zəruri şəraitin təmin edilmədiyini bildirib. Analitiklər bu addımı Avropa ölkələrində qış mövsümündə qaz tədarükünə ciddi təsir göstərəcək yeni enerji böhranı kimi qiymətləndirirlər.
Hazırda Ukrayna tərəfi bu məsələyə dair açıqlama verməyib, lakin ekspertlər situasiyanın həm siyasi, həm də iqtisadi təsirlərinin qlobal səviyyədə hiss olunacağını proqnozlaşdırırlar.
Bu hadisə Rusiyanın enerji siyasətindəki mövqeyini yenidən gündəmə gətirib və Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa sövq edə bilər.






















































