Xəbər Lenti
Dün, 08:28
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
2-11-2025, 07:31
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
2-11-2025, 07:28
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
ABŞ İsrailə 8 milyardlıq silah satmaq istəyir

ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dollarlıq silah satışı ilə bağlı məlumat verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Axios” portalı mənbələrə istinadən yazır.
“Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına qırıcı təyyarələr üçün havadan gələn təhdidlərdən qorunmağa görə AIM-120C-8 AMRAAM hava raketləri daxildir”, - yazıda qeyd olunub.
Bundan əlavə, bildirilir ki, paketə artilleriya mərmiləri və Hellfire AGM-114 raketləri, həmçinin kiçik diametrli bombalar, JDAM dəstləri və qoruyucular daxil ola bilər.























































