Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir.
Belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.
Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əmək haqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq:
"Çünki minimum əmək haqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əmək haqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq.
Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması təxminən 700 min vətəndaşımızın əmək haqlarında artımlarla müşahidə olunacaq".






















































