Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

19 Kas 09:59Manşet / Sosial

“Minimum əməkhaqqı və pensiyanın artırılması üçün göstərişlər verilib”

minimum-emekhaqqi-ve-pensiyanin-artirilmasi-ucun-gosterisler-verilib

“Əmək pensiyalarının orta aylıq məbləği 531 manat, yəni 8% çox nəzərdə tutulub”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“Minimum əməkhaqqı, minimum pensiya və sosial ödənişlərin artırılması üçün göstərişlər verilib. DSMF-nin gəlir və xərcləri 11% artıq olacaq. Yaşa görə orta aylıq pensiya isə 569 manat nəzərdə tutulub”, - deyə nazir qeyd edib.

Nuranə Daxilqızı