Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:57

Bu gün imtahan var

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

07 Ock 05:18Manşet / Dünya

“Roketsan”ın mühəndisi intihar etdi

roketsanin-muhendisi-intihar-etdi

Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan”ın proqram təminatı mühəndisi Yusif Serdar Yücel intihar edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İhlas Haber Ajansı” məlumat yayıb.

Bildirilib ki, Yüceldən bir müddətdir xəbər ala bilməyən dostları ailəsinə və polisə məlumat verib.

Yaşadığı mənzilin qapısı polis nəzarəti altında çilingər tərəfindən açılıb və təcili tibbi yardım xidmətinin həkimləri Yücelin öldüyünü müəyyən edib.

İlkin məlumata görə, o, kimyəvi məhlul içərək intihar edib.

Hadisə ilə bağlı istintaq davam edir.