Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Relslərin üzərinə düşən 18 yaşlı oğlan imiş - Vəziyyəti açıqlandı

Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.























































