Xəbər Lenti
10-01-2026, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10-01-2026, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, hava şəraiti ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı olub
Belə ki, düşən yağıntının miqdarı Şamaxıda 4, Qobustan, Altıağac, İsmayıllıda 3, Şəki, Oğuz, Şahbuz, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Qəbələdə 2 mm-dir.
Göyçay, Yevlax, Lerik, Şəmkir, Oğuz, Şamaxı, Qax, Şəki, Qobustanda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.























































