Xəbər Lenti
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
5-02-2026, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
179 nəfərin öldüyü qəzanın ilkin səbəbi açıqlandı

Ötən il dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının ilkin səbəbi açıqlanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, qəzaya düşən “Jeju Air” sərnişin təyyarəsi ilə bağlı ilkin hesabatda qəzaya səbəb olduğu güman edilən quşlara dair dəlillər aşkarlanıb.
Belə ki, təyyarənin hər iki mühərrikində Baykal mallard ördək növünə aid lələk və qan ləkələri izlənilib.
Həmçinin səlahiyyətli şəxslər bildiriblər ki, qəzaya uçuş-enmə zolağının sonundakı beton konstruksiya da səbəb olub.
Qeyd edilib ki, “Boeing 737-800” tipli təyyarənin mühərrikləri ətraflı şəkildə yoxlanılacaq və qəzadan təsirlənən beton konstruksiya da təhlil ediləcək.






















































