Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

Hidayət Orucov vəfat etdi
14-06-2026, 10:55

Hidayət Orucov vəfat etdi

TƏBİB- də yeni təyinat
12-06-2026, 11:45

TƏBİB- də yeni təyinat

Paşinyan Putini təbrik etdi
12-06-2026, 11:33

Paşinyan Putini təbrik etdi

27 Ock 09:15Manşet / Cəmiyyət

Masallıda 23 yaşlı qız qızdırma dərmanından komaya düşübmüş

masallida-23-yasli-qiz-qizdirma-dermanindan-komaya-dusubmus

Həkim təyinatı olmadan qəbul etdiyi dərmandan zəhərlənərək komaya düşən şəxs sağalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz (KTM) məlumat yayıb. 

Bildirilib ki, hadisə ötən il, dekabr ayının 31-də baş verib.Belə ki, 23 yaşlı qız Masallı rayonundan dərmandan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəyə qaraciyər hüceyrə çatışmazlığı və meninqoensefalit diaqnozları qoyulub.

Məlum olub ki, pasiyent yüksək hərarəti olduğu üçün həkim nəzarəti olmadan, gün ərzində həddindən artıq qəbul etdiyi hərarətsalıcı dərmanlardan zəhərlənib. 1 həftə komada, 5 gün huşu soporoz vəziyyətdə qalan xəstənin vəziyyəti stabilləşib. 

1 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra vəziyyəti qənaətbəxş olduğu üçün hepatoloqun nəzarəti altında ambulator müalicə üçün evə buraxılıb.