Menu
Xəbər Lenti
Neftimiz ucuzlaşdı
24-01-2025, 07:28

Neftimiz ucuzlaşdı

Ayşe Barım saxlanıldı
24-01-2025, 07:19

Ayşe Barım saxlanıldı

TƏBRİK EDİRİK!
23-01-2025, 08:45

TƏBRİK EDİRİK!

27 Ock 09:24Manşet / İdman

AFFA rəsmisi Qurban Qurbanova cavab verdi

affa-resmisi-qurban-qurbanova-cavab-verdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker dünən “Qarabağ” – “Turan Tovuz” oyununda (1:2) qonaqların birinci qolundakı mübahisəli epizodu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, Belçikalı mütəxəssis 90-cı dəqiqədə “Turan Tovuz”un vurduğu qol epizodu ilə bağlı fikrini bildirib.

O, hakimin doğru qərar qəbul etdiyini düşünür: “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır”.

Qeyd edək ki, Qurban Qurbanov oyunsonrası konfransda hakimlərin yanlış qərar verdiyini, qolun sayılmamalı olduğunu bildirmişdi.