QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
ARHD » Siyasət » Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov : 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində iştirak etmiş və müşahidələr aparmışdır.









ARHD.AZ saytının rəhbəri
Beynəlxalq Hüquq Eksperti
İsmayıl Zalov
"Seçicilər bələdiyyə seçkilərində fəal şəkildə iştirak edirlər. Doğrudur, səhər saatlarında seçici fəallığı bir az aşağı idi. Amma hazırda seçicilərin fəallığının artdığı müşahidə olunur. Seçki prosesi son dərəcə şəffaf və obyektiv şəkildə keçirilib. Həm müşahidəçilərin, həm də medianın fəaliyyətinə lazımi şərait yaradılıb və hər şey göz önündə olub. Məntəqələrin açılışı, seçkinin yekunlaşması və səslərin hesablanması prosesləri müşahidəçilər tərəfindən rahatlıqla izlənilib. Seçkilər son dərəcə ədalətli təşkil edilib və əvvəlki seçkilərdən fərqli olaraq seçki pozuntuları minimum səviyyədə olub.
Seçkinin ilk dəqiqələrindən etibarən seçicilər arasında əsasən qadınların və yaşlı təbəqənin fəal iştirakı müşahidə olunub. Müşahidəçilərimiz tərəfindən ümumi olaraq Mərkəzi Seçki Komissiyasının fəaliyyəti, seçki hazırlığı və təşkilatçılığı yüksək qiymətləndirilir. Seçkinin şəffaf şəkildə həyata keçirildiyini vurğulayıb: "İnsanlar öz vətəndaş məsuliyyətini çox gözəl dərk edir və bunu görmək doğrudan da sevindiricidir. Çünki bu da müstəqilliyin bir əlamətidir. Seçicilər bununla seçimlərinə, dövlətimizə güvəndiklərini göstərirlər".























































