Xəbər Lenti
Bugün, 06:58
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
5-02-2026, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
Corcesku Ukraynanın bölünməsini və bir hissəsinin Rumıniyaya verilməsini istəyir

Ultra sağçı, Rusiya tərəfdarı olan rumın siyasətçi Kelin Corcesku Ukraynanı uydurma dövlət adlandırıb və onun qonşu ölkələr arasında bölünməsinin qaçılmaz olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, jurnalist İon Krista ilə müzakirəsi zamanı deyib.
Corcesku Ağ Evdən diktə edilən yeni dünya bölgüsündən danışarkən, sülh razılaşmasından sonra Ukrayna ərazilərinin bölünməsi və bunun Rumıniya üçün faydaları barədə arzularını dilə gətirib.
"Dünya dəyişir. Sərhədlər dəyişəcək. Daha da önəmlisi – əgər sərhədlər dəyişsə, biz harada olacağıq? Şimali Bukovina – maraq dairəmizdir. Bujak, Şimali Maramureş – elə deyilmi? Keçmişdə... necə adlanırdı... Zakarpatiya! Burada macarlar var... Lvov isə polyakların olacaq və Malorossiya..." – deyə Corcesku bildirib.
Siyasətçidən Ukraynanın bölünəcəyinə inanıb-inanmadığını soruşduqda, o, qəti cavab verib:
"Yüz faiz belə olacaq. Onların başqa yolu yoxdur! Belə bir senariyə gedən yol qaçılmazdır. Ukrayna uydurma dövlətdir. Bu, Ukrayna Sovet Sosialist Respublikasıdır", – deyə o vurğulayıb.
Bundan əvvəl Corcesku bildirmişdi ki, hakimiyyətə gəldiyi halda Ukrayna taxılının Rumıniya vasitəsilə ixracını və Kiyevə hərbi yardımın davam etdirilməsini qadağan edəcək.
Corcesku may ayında keçiriləcək təkrar prezident seçkiləri ərəfəsində ən populyar namizəd olaraq qalır.
Alpər























































