Xəbər Lenti
Dün, 08:40
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
21-12-2025, 10:17
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
21-12-2025, 09:29
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
21-12-2025, 09:25
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
21-12-2025, 09:07
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
20-12-2025, 13:14
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
20-12-2025, 13:09
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Məxfi sənədləri itirən diplomat Britaniyanın NATO-dakı səfiri olacaq

Britaniya xüsusi təyinatlılarının Kabildəki yerləşdirilməsini ətraflı təsvir edən məxfi sənədləri itirən diplomat Böyük Britaniyanın NATO-dakı səfiri vəzifəsinə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" nəşrinə proseslə tanış olan iki mənbə bildirib.
Anqus Lapsli 2021-ci ilin iyununda transatlantik qalmaqala səbəb olub. O, məxfi sənədləri evinə aparıb, lakin sonradan bu sənədlərin çantasından düşdüyü və Kentdəki avtobus dayanacağında tapıldığı məlum olub.
Lapslinin bir neçə il əvvəl Britaniyanın NATO-dakı daimi nümayəndəsi vəzifəsinə təyin ediləcəyi gözlənilirdi, lakin sənədləri itirməsindən sonra onun məxfi informasiyaya çıxışı müvəqqəti olaraq ləğv edilib.
Daha sonra o, NATO-nun müdafiə siyasəti və planlaşdırma məsələləri üzrə baş katibinin köməkçisi vəzifəsinə təyin olunub və yaxın zamanda hökumətin müdafiə icmalının keçirilməsində köməkçi rolunu üzərinə götürüb.
Uaytholldakı mənbənin sözlərinə görə, Lapslinin rəsmi təyinatı gələn həftə gözlənilir.
"Biz uğursuzluqları olduqca yaxşı mükafatlandırırıq", – deyə mənbə bildirib.
Təsdiqlənəcəyi halda, o, 2022-ci ilin aprelindən NATO-dakı daimi nümayəndə vəzifəsini icra edən ser Devid Kvorini əvəz edəcək.
Lapsli Britaniyanın Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyində həmkarları tərəfindən yüksək qiymətləndirilir. "O, səhvinin cəzasını çəkdi və strateji müdafiə icmalına rəhbərlik etdi", – deyə bir mənbə bildirib.
Lakin Müdafiə Nazirliyində Lapsli ilə işləyən başqa bir mənbə isə belə deyib:
"Bu prosesin arxasında dayanan qərarlarla bağlı ciddi narahatlıq olmalıdır. Təhlükəsizlik pozuntusunun nə qədər ciddi olduğunu və həmin vaxt necə təsir göstərdiyini izah etmək mümkün deyil".
Müdafiə qurumundakı yüksək vəzifəli bir mənbə isə bildirib:
"XİN və Müdafiə Nazirliyinin təhlükəsizliyi ciddi qəbul etməməsi dərin narahatlıq doğurur".
Bundan əvvəl The Times yazmışdı ki, avtobus dayanacağında tapılan gizli sənədlərin arasında Britaniya xüsusi təyinatlılarının məxfi dislokasiya nöqtələri də olub.
Onlardan ən azı biri "Məxfi, yalnız Britaniyanın görməsi üçün" qrifinə malik olub və Kabildəki dəqiq əsgər sayını əks etdirib. Sənədlər həmçinin HMS Defender gəmisinin Ukrayna sularından keçidinə Rusiyanın mümkün reaksiyası barədə qeydlər ehtiva edib. Əksər sənədlər isə nisbətən aşağı məxfilik dərəcəsinə malik olan "xidməti istifadə üçün" qrifinə sahib olub.
Belə sənədlərin hökumət binalarından çıxarılması qadağandır, əgər onlar düzgün qeydiyyatdan keçməyibsə və etibarlı şəkildə saxlanılmırsa.
Uaytholldakı mənbənin bildirdiyinə görə, amerikalılar bu hadisədən "çox qəzəbləniblər", çünki bu pozuntu həmin bölgədə britaniyalılarla yanaşı xidmət edən elit ABŞ əsgərlərinin həyatını təhlükəyə ata bilərdi.
Xatırladaq ki, İsveç baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Henrik Landerholm məxfi sənədləri təsadüfən oteldə qoyduqdan sonra polis araşdırmaya başlayıb və o, istefa verdiyini elan edib.
2023-cü ildə isə Britaniya Hərbi Dəniz Qüvvələrində xidmət sənədlərinin guya bir pabın tualet kabinəsində tapılması ilə bağlı araşdırma başladılıb.
Alpər






















































