Xəbər Lenti
1-02-2025, 18:32
Könül Nəbizadə - Kiberhücuma məruz qalmamaq üçün şəxsi məlumatlarınızın konfidensiallığını qoruyun
1-02-2025, 17:39
“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.
1-02-2025, 17:23
Qərbi Azərbaycan İcması Sumqayıt şəhəri üzrə nümayəndəlikdə "Amasiya igidləri 44 günlük Vətən Müharibəsində" kitabının təqdimatı keçirildi.
31-01-2025, 07:34
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
30-01-2025, 09:54
"The Times" təhlükəli senari barədə xəbərdarlıq etdi: "Ukrayna Trampın vecinə deyil"
Azərbaycan bu ölkəyə 2 milyard dollar sərmayə yatırır
Azərbaycan və Pakistan milyardlarla dollarlıq sazişlər imzalayacaq.
"Report” xəbər verir ki, bu barədə Pakistanın "Dawn” qəzeti yazıb.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya sazişləri Pakistan Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya gözlənilən səfəri zamanı imzalanacaq:
"Hazırda Bakıda Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və Pakistanda investisiya qoyuluşu üçün Azərbaycanla 2 milyard dollar dəyərində sazişlər imzalanacaq”.
Qəzet qeyd edib ki, əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir.
Xatırladaq ki, ötən gün SOCAR-ın prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının özəlləşdirmə, nəqliyyat və investisiya naziri Alim Xan ilə görüşmüşdü.