Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Qəza yerindən daha bir neçə nəfərin meyiti tapıldı

ABŞ fövqəladə hallar rəsmiləri Vaşinqton səmasında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan şəxslərdən daha bir neçə nəfərin cəsədinin tapıldığını açıqlayıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəhbəri Con Donnelli bildirib.
Onun sözlərinə görə, qəza yerindən 55 nəfərin cəsədi çıxarılıb, dalğıclar daha 12 qurbanın cəsədini tapmalıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Vaşinqtonda Reyqan adına aeroportda sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Hadisə təyyarə yerə enməyə hazırlaşarkən qeydə alınıb. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. Qəzadan sonra Potomak çayında axtarış-xilasetmə əməliyyatı başladılıb. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
Qey edək ki, bundan öncə qəza yerindən 41 nəfərin cəsədi çıxarılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.






















































