Xəbər Lenti
Bugün, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
Dün, 14:51
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib

Azərbaycan, Uruqvay və Argentina ilin əvvəlindən Rusiyaya kərə yağı tədarükünü artırıb.
Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında "VetİS" Federal Dövlət İnformasiya Sisteminin məlumatlarına istinadən məlumat verilib.
Qeyd olunur ki, eyni zamanda Belarusdan Rusiyaya kərə yağının idxalı azalıb.
Məlumata görə, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında 150 tona qarşı 649 ton tədarük edib. Argentinadan 200 ton yağ idxal edilib, lakin ötən ilin eyni dövründə bu rəqəm cəmi 50 ton olub.























































