“AzerGold” QSC-də Pakistanın “Frontier Works Organization” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib
Botanika İnstitutunda Xocalı Soyqırımının 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Tahir Gözel: "Qarabağ adını Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik"
Ali baş komandanımız İlham Əliyev bütün dünya ictimaiyyətinə göstərdi ki, dövlətimizin güclü iradəsi və qüdrətli ordusu var-Könül Nəbizadə
Nazim Eynallı: “Ulu öndərin dediyi kimi,Yol iqtisadiyyat mədəniyyət bir sözlə həyat deməkdir”
Vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanıldı
Saatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Cavid Dadaşov saxlanılıb.
Həmin şəxs dörd nəfər rayon sakininin etibarından istifadə edərək onlara yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan artıq pulunu ələ keçirib.
C.Dadaşov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.