Xəbər Lenti
7-07-2026, 20:01
Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
7-07-2026, 12:56
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
6-07-2026, 18:54
Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
6-07-2026, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Aydın Həsənov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, A.Həsənov şəhər sakini olan iki vətəndaşın etibarından istifadə edərək onlara yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək ümumilikdə onların 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər A.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.























































