Menu
Xəbər Lenti
NASA Ayda kənd yaradacaq
1-10-2025, 06:41

NASA Ayda kənd yaradacaq

Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

12 Şub 08:31Manşet / Gündəm

Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: "Gəzirdim..."

Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı:

Bakıda hərəkətdə olan sürət qatarını stansiyada qarşısına keçərək dayandıran şəxs saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, 1984-ci ildə Ağstafa rayonunda anadan olmuş H.K. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məhkəmədə məlum olub ki, gecə 00:10 radələrində Balakən-Bakı sürət qatarı Keşlə stansiyası ərazisindən keçən zaman H.K. hərəkətdə olan qatarın qarşısına keçərək dayandırıb.
O, özünü təqsirli bilərək izahatında göstərib ki, dəmir yolu stansiyasında gəzən zaman qaranlıq olduğundan bilmədən qatar yoluna çıxıb və qəfldən qatarın gəldiyini görüb. Özünü itirdiyindən qatar yolundan çıxa bilməyib. Nəticədə hərəkətdə olan qatarın qarşısına keçərək onu dayandırıb.
Məhkəmənin qərarı ilə H.K. 50 manat məbləğində cərimə edilib.
Aydın