Menu
Xəbər Lenti
Prezident nekroloq imzaladı
1-08-2025, 11:56

Prezident nekroloq imzaladı

Sabah hava necə olacaq?
1-08-2025, 11:53

Sabah hava necə olacaq?

Kəlbəcərdə zəlzələ oldu
31-07-2025, 10:17

Kəlbəcərdə zəlzələ oldu

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR
30-07-2025, 14:26

ŞEİRİNƏ SIĞMAYAN ŞAİR

12 Şub 08:36Manşet / Gündəm / Siyasət

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verdi.
Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.