Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

14 Şub 07:22Manşet / Gündəm

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

"Report" xəbər verir ki, iclasda bələdiyyə seçkilərinin ümumi yekunları ilə bağlı məlumat veriləcək və təsdiqlənəcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

Seçkilərin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.