Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

“Zeferyolu.az” informasiya agentliyi xəbər verir ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsi çərçivəsində mətbuat konfransı keçirilib.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihənin rəhbəri Xətai Ələsgərli layihənin məqsədi, Qərbi Azərbaycan həqiqətlərinin gənc nəslə çatdırılması və esse müsabiqəsinin əhəmiyyəti barədə məlumat verərək bildirdi ki, Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlanılıb.
Layihə səkkiz ay müddətində tam orta məktəblərin 10 və 11-ci sinif şagirdləri, peşə və kollec tələbələrini əhatə edir. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə esse müsabiqəsi keçiriləcək.
Müsabiqənin nəticələrinə əsasən, seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.
Müsabiqəyə esselər fevral ayının 20-dən iyun ayının 20-dək “Tariximizin işığında-Qərbi Azərbaycanın izi ilə” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.
Tədbirdə çıxış edən layihənin eksperti Taleh Əliyev, münsiflər heyətinin sədri Güllü Eldar Tomarlı, Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, Filologiya üzrə fəlsəfə doktoru, dosent, İlhamə Qəsəbova və digər tədbir iştirakçıları çıxış ediblər. Qeyd edilib ki, bu layihə gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Tədbirə qatılan çox saylı qonaqlar layihənin aktuallığı və gənc nəslin milli ruhda tərbiyə olunması baxımından əhəmiyyətindən danışaraq təşkilatçılara uğurlar arzuladılar.
#TəhsilNazirliyi #DədəƏləsgərOcağı #QərbiAzərbaycan
Jalə Ağakişiqızı
Baş redaktor





































































