Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 07:51

Neftimiz bahalaşdı

17 Şub 07:30Manşet / Kriminal

Bakıda ağır qəza - Ata və 2 yaşlı qızı öldü - Yenilənib

bakida-agir-qeza

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, saat 23:30-da Heydər Əliyev prospektində “Mercedes”, “Renault” və “Changan” markalı 3 avtomobil toqquşub.

Qəza nəticəsində, “Changan”ın sürücüsü 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 16-sı saat 23:30 radələrində H.Əliyev prospekti, Bakı Olimpiya İdman kompleksinin yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib.

Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.