Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 12:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 15:49
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Müharibə zamanı Ukraynaya seçki lazımdırmı? - Kir Starmerin fikri

Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, "müharibə zamanı seçkilərin dayandırılması tamamilə məntiqlidir".
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında qeyd olunub.
"Baş nazir Ukraynanın demokratik yolla seçilmiş lideri kimi prezident Zelenskini dəstəklədiyini bildirib və müharibə dövründə seçkilərin dayandırılmasının tamamilə məntiqli olduğunu söyləyib. Böyük Britaniya da İkinci Dünya Müharibəsi zamanı eyni addımı atmışdı", - materialda qeyd olunub.
Bununla yanaşı, Britaniya baş naziri Ukraynada sülhə nail olunması istiqamətində ABŞ-ın səylərini dəstəklədiyini bildirib.
Ukrayna prezident seçkiləri məsələsi yenidən gündəmə gəlib. Belə ki, çərşənbə axşamı ABŞ və Rusiya nümayəndələri Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlar aparıblar. Bu danışıqlardan sonra Tramp Ukraynada seçkilərin keçirilməsinin vacib olduğunu bəyan edib.
Məlum olduğu kimi, seçkilərin keçirilməsi tələbi Putinin əsas vasitələrindən biridir.
The Telegraph nəşrinin yazdığına görə, Putinin əsas məqsədi Zelenskini siyasi arenadan uzaqlaşdırmaqdır, çünki o, Kremlin Ukraynanı əsarət altına almaq planlarına ən çox mane olan şəxsdir. "Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) xüsusi xidmət orqanlarının onu öldürə bilməməsi biabırçılıq hesab edilir. Kremlin hazırda ən böyük ümidi seçkilərin keçirilməsinə təkan vermək, onlara müdaxilə edərək adət etdiyi üsullarla prosesə təsir göstərmək və Moskvaya bağlı bir kukla namizədin qələbəsini təmin etməkdir. Bu şəxs isə Zelenskinin qəti şəkildə rədd edəcəyi alçaldıcı sülh sazişini imzalayacaq", – deyə jurnalistlər qeyd ediblər.
Alpər























































