Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 08:23

4 yolda sıxlıq var

Vens İsveçrədədir
Dün, 09:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dün, 09:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 10:30

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 09:04

Xankəndiyə qayıdırlar

20 Şub 08:34Manşet / Gündəm

FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır

FES Trampın siyasətləri səbəbindən inflyasiyanın mümkün sürətlənməsindən narahatdır

ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbərliyi ölkə prezidenti Donald Trampın idxal tarifləri və digər iqtisadi planlarının inflyasiyanın 2%-lik hədəfə qaytarılması istiqamətində irəliləyişi yavaşlada biləcəyindən narahatdırlar.

"Report”  xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) yanvar iclasının protokolunda deyilir.

Sənəddə deyilib ki, ölkədəki müəssisələr FES rəsmilərinə tariflərdən irəli gələn hər hansı daha yüksək xərcləri istehlakçılara ötürməyə çalışacaqlarını bildiriblər. Vurğulanıb ki, sistem prezidentin planlarının iqtisadiyyata təsirini qiymətləndirməkdə çətinlik çəkir.

Belə ki, ticarət, immiqrasiya, fiskal və tənzimləmə siyasətlərində mümkün dəyişikliklərin həcmi, vaxtı və potensial iqtisadi təsiri ilə bağlı qeyri-müəyyənlik artır. Qurumun rəsmiləri hesab edir ki, dəyişən perspektivləri qiymətləndirmək üçün vaxt lazımdır.